UNECO-nun baş direktorunun namizədliyi BMT-nin baş katibi vəzifəsinə irəli sürülüb
10.02.2016 473 0.0 0

Bolqarıstan UNESCO-nun baş direktoru İrina Bokovanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb.
 
APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, Bolqarıstan XİN-in bununla bağlı məktubu BMT-nin Nyu-Yorkdakı iqamətgahına göndərilib.
 
Sənəddə qeyd edilir ki, İ. Bokova təcrübəsi nəzərə alınmaqla, bu posta ən uğurlu namizəddir.
 
Qeyd edək ki, İ. Bokova 2009-cu ildən BMT-nin elm, təhsil, mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-ya rəhbərlik edir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar