UKRAYNADA 24 YANVAR HADİSƏSİNƏ GÖRƏ MATƏM ELAN OLUNDU
25.01.2015 714 0.0 0

Ukraynada matəm elan edildi.

Məlumata görə, ölkə Petro Poroşenko Mariupolda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 25 yanvarın ölkədə matım günü elan edilməsi haqqında fərman imzalayıb. 

Ukrayna prezidentinin saytında yerləşdirilən Fərmanda deyilir: “Terrorçuların yanvarın 24-də Mariupol şəhərini intensiv atəşə tutması nəticəsində həlak olan sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq yanvarın 25-i Ukraynada matım günü elan edilsin”.

Bundan başqa, bütün Ukrayna ərazisində Ukrayna vaxtı ilə saat 12.00-da həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. 

Həmçinin dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər keçirilməyəcək, bu xarakterli televiziya və radio proqramları nümayiş etdirilməyəcək.

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin yanvarın 24-də separatçılar tərəfindən “Qrad” qurğularından 67 ev, 4 orta məktəb və 3 uşaq bağçası atəşə tutulub. Nəticədə 30 dinc sakin həlak olub, 86 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaqdır. 

Mariupol şəhərinin yarım milyona yaxın əhalisi var. Şəhəri Ukrayna Silahlı Qüvvələrinin bölmələri, eləcə də “Azov” alayı və “Dnepr-1” batalyonu müdafiə edir.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar