Uitni Hyustonun qızı anasının səsinin sədaları altında dəfn edildi (FOTO)
02.08.2015 924 0.0 0

Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun Atlantada anasının qəbrinin yanında dəfn edilib. Məlumata görə, dəfn mərasimi Uitni Hyustonun “Jesus Loves Me” mahnısının sədaları altında keçib.

31 yanvarda Atlantdakı evində huşsuz vəziyyətdə tapılan 22 yaşlı Bobbi Kristina Braun 6 ay komada qaldıqdan sonra iyulun 27-də vəfat edib. Onun narkotik aludəçisi olduğu bildirilirdi.

 


Bobbi Kristina anası Uitni Hyustonla 


Doğmaları Kristina Bobbi onu həyatda saxlayan aparatdan ayırdıqdan sonra onun hər an dünyadan köçməsinə hazır idilər.

 


Bobbi Kristina və əri Nik Qordon


Bobbi Kristinanın başına gələnlərdə əri Nik Qordonun günahı olduğu istisna edilmir. O, gənc həyat yoldaşını huşsuz halda hamam otağında tapdığını deyib. Lakin onun Bobbini döydüyü, sonra isə təcilə yardıma xəbər verdiyi ehtimal edilir. 

İstintaq bir neçə versiya üzərində çalışır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar