Uçan aparatlardan istifadə etməklə şəxsi həyata müdaxilə cinayət sayılacaq
27.04.2016 611 0.0 0

Azərbaycanda pilotsuz uçan aparatlardan istifadə edərək şəxsi həyata müdaxilə etmə cinayət məsuliyyəti yaradacaq və bununla bağlı həbs cəzası müəyyənləşdirilir. 
 
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanılması məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
 
Azərbaycan Prezidenti tərəfindən layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq./apa/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar