Türkiyə XİN terror aktında ölən və yaralananlar arasında azərbaycanlıların olub olmaması haqda məlumat yayıb
29.06.2016 656 0.0 0

İyunun 28-də axşam İstanbulun Atatürk aeroportunda baş vermiş terror aksiyasında ölən və yaralananların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesində Azərbaycan Respublikası vətəndaşının adına rast gəlinməyib.
 
Bu barədə Türkiyə müxbirinə Türkiyə XİN-dən məlumat verilib.
 
XİN-dən bildirilib ki, bu istiqamətdə işlər davam etdirilir, ölü və ya yaralı siyahısında Azərbaycan vətəndaşları ilə bağlı yenilik olsa, səfirliyə məlumat veriləcək.
 
Qeyd edək ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar