Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsinin pilotu dəfn edilib
03.12.2015 416 0.0 0

Türkiyə tərəfindən vurulan Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkov dəfn edilib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Lipetskdə keçirilən dəfn mərasimində 10 mindən çox adam iştirak edib.
 
Qeyd edək ki, Rusiya prezidentinin fərmanı ilə O. Peşkova “Rusiya qəhrəmanı” adı verilib. Medalı onun həyat yoldaşına Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanı təqdim edib.
 
Xatırladaq ki, Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus Su-24 təyyarəsi Suriya ilə sərhəddə vurulub. O. Peşkovun cənazəsi Türkiyədən Rusiyaya noyabrın 30-da gətirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar