Türkiyə sərhədində məğlub olan İŞİD Dəməşqi atəşə tutdu-VİDEO
05.09.2016 651 0.0 0
 

Suriyada terrorçular atəşkəs razılaşmasını ötən sutka ərzində 5 dəfə pozub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçular minaatan qurğulardan istifadə etməklə, Dəməşq və Latakiyadakı yaşayış məntəqələrini atəşə tutub.

 

Ən mürəkkəb vəziyyət isə öncəki kimi yenə də Hələb şəhərində hökm sürür. Şəhərin şərq hissəsində hökumət qüvvələri hücuma keçərək, terrorçuların silah və dərman təchizatında mühüm rol oynayan yolu nəzarətə götürüb.

 

Bu arada daha 6 yaşayış məntəqəsinin nümayəndələri atəşkəs haqqında razılaşma imzalayıb. Hazırda müvafiq razılaşmaya imza atan məntəqələrin sayı 554-ə çatıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar