Türkiyə səfiri: Azәrbaycanla ikitərəfli әmәkdaşlığımız hər hansı üçüncü ölkәdәn asılı deyil
07.12.2015 585 0.0 0

“Bizim Azәrbaycanla hәr sahәdә inkişaf edәn ikitərəfli әmәkdaşlığımız hәr hansı üçüncü ölkәdәn asılı deyil”.
Mәlumata görә, bunu Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun Rusiya sanksiyalarından sonra Azәrbaycan- Türkiyә iqtisadi münasibәtlәrinin perspekivlərinə dair sualı cavablandırarkən deyib.
 
Onun sözlәrinә görә, Türkiyәnin Azәrbaycanla siyasi, mәdәni, sosial, iqtisadi və hәrbi sahədə әmәkdaşlığı digәr ölkәlәrin iqtisadiyyatına bağlı deyil: "Nәticә etibari ilә Türkiyә vә Azәrbaycan iki qardaş ölkә kimi bir araya gәlәrәk Azәrbaycandakı vә Türkiyәdәki potensialı birlәşdirmәk, xalqlarımızın rifahını tәmin etmәk, hәm dә dünya mәdәniyyәtinә, sülhә töhfә vermәk istәyir. Rusiya baxımından bu mәsәlәyә fikir bildirmәk istәmirәm. Amma Azәrbaycan iqtisadiyyatının inkişafına töhfә verәcәk hәr bir irәlilәyişi mәmnuniyyәtlә qarşılayırıq". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar