Türkiyə raketlə vuruldu: ölənlər var
08.03.2016 1246 0.0 0

İŞİD terrorçu qruplaşması "Katyuşa" reaktiv artilleriyaları ilə Suriya ərazisindən Türkiyəni atəşə tutub. Məlumata görə, terrorçuların günorta saatlarında atdığı 8 raket Türkiyənin Kilis qəsəbəsinə düşüb.

Raketlərin düşdüyü ərazilərdə güclü partklayışlar olub, ölü və yaralı var. İlkin məlumatlara görə, 2 nəfər ölüb, 1 nəfər ağır olmaqla ən az iki nəfər yaralanıb. Qəsəbə sakinləri təşvişə düşüb.

Raketlərdən biri qəsəbəyə doğru hərəkət edən avtomobilin yaxınlığına düşüb. maşının içərisində olan iki uşaq ağır yaralanıb. Onlar Kilis dövlət xəstəxanasına aparılıblar. Türkiyə Silahlı Qüvvələri "Fırtına" topları ilə İŞİD terrorçularının mövqelərini ağır bombardman edib.

Reuters agentliyi isə yazır ki, İŞİD-in atdığı raketlər orta məktəblərdən birinin yanına düşüb. Terrorçular əsasən, xəstəxana və məktəbə gedən yolları atəşə tuturlar. Xəbərdarlıq edilib ki, sakinlər bir yerə çox toplaşmasınlar.

 

Raket zərbəsindən təşvişə düşərək özündən gedən sakin



Hadisə ilə bağlı açıqlama Türkiyə rəsmiləri bəyan edib ki, NATO İŞİD-lə mübarizə edirsə, Türkiyə sərhədlərini öz sərhədi hesab edərək dərhal vəziyyətə müdaxilə etməlidir.

Son günlər Türkiyə ordusu sərhədə yaxın ərazilərdəki İŞİD mövqelərini top atəşinə tutur. Ötən həftə Türkiyə SQ İŞİD terror qruplaşmasının Suriyanın Hələb əyalətinin şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. əməliyyatda Türkiyənin Suriya ilə həmsərhəd rayonlarında yerləşdirilmiş “Fırtına” toplarından istifadə edilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar