YOL POLİSİ AVTOBUSA ÇIRPILDI YARALANANLAR VAR
06.11.2014 1474 0.0 0

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza Keykab Səfərəliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Zaur Rzayevin idarə etdiyi BMW markalı avtomobillə sürücüsü məlum olmayan “Ford Transit” markalı sərnişin avtobusu toqquşub.

 

Qəza nəticəsində sərnişin avtobusunda olan sərnişinlər - 1954-cü il təvəllüdlü Minarə Hacı qızı Səmədova, İlqar Canəli oğlu Həsənov, 1964-cü il təvəllüdlü Eldar Əhməd oğlu Səmədov və qardaşı, 1959-cu il təvəllüdlü Rəşad Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Xəsarət alan şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar