PREZİDENT DOĞUM GÜNÜNDƏ HEYDƏR MƏSÇİDİNƏ GETDİ
24.12.2014 651 0.0 0
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.

 

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa çatdığını, son tamamlama işlərinin həyata keçirildiyini bildirib.

 

Dövlət başçısının tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.

 

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib.

 

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

 

Prezident İlham Əliyev məsciddə son tamamlama işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar