UKRAYNA NÜVƏ STANSİYASINDA YENİDƏN QƏZA BAŞ VERDİ
29.12.2014 793 0.0 0

Ukraynada ölkənin ən böyük nüvə stansiyasında baş verən qəzanın ardından reaktorlardan biri bağlanılıb.

Məlumata görə, Avropanın ən böyük, dünyanın isə beşinci böyük nüvə stansiyasında baş verən qəzaya səbəb elektrik naqillərində yaranan qısaqapanma göstərilib.

Ukrayna rəsmiləri Zaporojye bölgəsində radiasiya səviyyəsinin normal səviyyədə olduğunu bildiriblər. 

Ukrayna baş naziri Arseni Yatsenyuk nüvə stansiyasında baş verən qəza ilə bağlı nazirlərdən hesabat tələb edib.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar