ORDUDA İTKİ VERDİK
08.12.2014 972 0.0 0

Qazeta.info Müdafiə Nazirliyinə istinadən bildirir ki, bu gün hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.
Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o həkimlərin nəzarəti altındadır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar