Türkiyə mətbuatı Azərbaycan komandasını Ermənistan komandası kimi təqdim edib-FOTO
08.07.2016 694 0.0 0

Türkiyə mətbuatı kobud səhvə yol verib. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin bəzi idman portalları “Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.
 
Onlar arasında "Hürriyet" və “Lig TV” kimi tanınmış saytlar da var. Avropa Liqasında II təsnifat mərhələsinin cütlüklərinin yayımlandığı xəbərdə “Kəpəz”in qarşısında Ermənistan sözü yazılıb.
 
Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova “Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, növbəti mərhələdə "Admira"ya (Avstriya) rəqib olub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar