Türkiyə ilə Rusiya arasında ən iri biznes sahələrindən biri bərpa edildi
25.12.2015 1594 0.0 0

Rusiya qısa fasilədən sonra Türkiyəyə taxıl tədarükünü bərpa edib.  

 “Reuters”ə istinadən verilən xəbərə görə, Rusiyaya məxsus “Su-24” təyyarəsi Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulduqdan sonra tərəflər arasında taxıl tədarükünə dair yeni müqavilələrin imzalanması bir neçə həftə ləngimişdi. Qeyd edək ki, Rusiya dünyada ən iri taxıl ixracatçısı, Türkiyə isə Rusiya buğdasının əsas alıcılarından biridir. Şərhçilər iki ölkə arasında bu sahədəki biznesin artıq normal vəziyyətə qayıtdığını bildirirlər.  

 

Rusiyalı treyderlər Türkiyəyə taxıl tədarükünün bərpa edildiyini, Moskva tərəfindən bu sahəyə indiyədək heç bir məhdudiyyət qoyulmadığını qeyd edirlər.

 

Məlumata görə, iyul-noyabr ayları ərzində Türkiyə Rusiyadan 1,7 mln ton buğda idxal edib.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar