Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində ölənlərin sayı açıqlanıb
16.07.2016 1387 0.0 0

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub.

 

Məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.

 

Ü. Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü, 1563 nəfərin həbs olunduğunu bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.

 

APA-nın Türkiyə müxbirinin “Baş Qərargahda zəiflik, boşluq haradan yaranıb ki, çevrilişə cəhd olunub, Baş Qərargah rəisi, ordu komandanlarını girov götürüblər?” sualına Ü. Dündar belə cavab verib:

 

“Bu məsələ hələ çox təzədir. Bununla bağlı şərh verməyi düzgün saymıram. Zamanı çatanda onun da şərhi veriləcək. Hələlik bu barədə danışmaq istəmirəm”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar