Türkiyədə gərginlik-silahlı şəxs 7 nəfəri girov götürdü (VİDEO)
24.03.2015 697 0.0 0

Türkiyənin Van şəhərində silahlı şəxs banka girərək 7 nəfəri girov götürüb. 

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, kimliyi açıqlanmayan həmin şəxs xəstə uşağının müalicə xərclərini ödəyə bilmədiyi üçün bu addımı atdığını bildirib. 

Həmin şəxsin pnevmatik tüfənglə banka girərək mühafizəçidən tapançanı aldığı bildirilir. Silahlı şəxsin girov götürdüyü hamilə qadını azad edib. Soyğun məqsədi ilə bu addımı atdığını deyən silahlıya və girovlara yemək göndərilib. 

Bundan sonra daha iki girov azad edilib. 

Bankın binasını mühasirəyə alan polis silahlı şəxsi girovları azad etməyə razılaşdırmağa çalışır. 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar