Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb edib
19.07.2016 657 0.0 0

 Türkiyə hökuməti ABŞ-dan Fətullah Gülənin təhvil verilməsi prosedurunun başlamasına qədər 60 gün müddətinə həbs olunmasını tələb edib.

 

 “CNN Türk”ə istinadən verilən məlumata görə, Türkiyə F. Gülənlə bağlı ABŞ-a 2 rəsmi məktub göndərib. Məktublardan biri ABŞ Dövlət Departamentinə, digər isə Ədliyyə Nazirliyinə ünvanlanıb. Ədliyyə Nazirliyinə göndərilən məktubda F. Gülənin ekstradisiyası gerçəkləşənə qədər onun həbsi istənilib. F. Gülən silahlı terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar