TÜRKİYƏ KƏŞFİYYAT İDARƏSİ RƏHBƏRİNİN İSTEFASI DÜNYA GÜNDƏMİNİ ZƏBT ETDİ
08.02.2015 831 0.0 0

Fevralın 7 də Türkiyə Milli İstihbarat Təşkilatının(Milli Kəşfiyyat Təşkilatı(MİT)) rəhbərinin istefası dünya mediasının gündəmini zəbt edib.

Belə ki, İngiltərə, İsrail ABŞ mediası, Hakan Fidanın istefasının 7 Fevralda olmasını bir mesaj olaraq qiymətləndirib. İngiltərə BBC, daha əvvəl yaydığı "Fidan, həqiqətən İsrail və camaatın məngənəsindəmi"  xəbərini təkrar çapa verib.

Bildirək ki, "Jerusalem Post", Hakan Fidanın istifasıyla Türkiyədə yeni bir müddət üçün ilk addımın atıldığına diqqət çəkdi. "The Guardian" və "The İndependent" blog səhifələrində Hakan Fidan üçün maraqlı açıqlamalar yazır.

Əlava olaraq qeyd edək ki, Türkiyə Prezident Ərdoğanın ən çox inandığı adlardan biri olaraq söylənilən Fidanın millət vəkili olmasının, Türkiyənin kəşfiyyat sahəsində daha da güclənəcəyinə diqqət çəkən  The Guardiana ictimai mediada tənqidlərə tuş gəlib.

Xatırladaq  ki , Türkiyə mətbuatı da H.Fidanın 7 iyunda Türkiyə Böyük Millət Məclisinə deputat kimi təmsil olunmaq üçün nazmizədliyini irəli sürəcəyini bildirir.

Bu addım  seçildiyi halda Fidanın məclisdə təmsil olunaraq oradakı daşıyacağı vəzifə və bu kimi öhdəliklərlə Ərdoğan hakimiyyəti və Türkiyə üçün  daha yararlı olacağı kimi xarakterizə olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar