TƏHLÜKƏLİ VİRUSA QARŞI HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜB.
12.08.2014 1663 0.0 0
 
“Heç bir ölkə, o cümlədən Azərbaycan bu virusa yoluxmadan sığortalanmayıb”

 

 

Bu sözləri  Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib.

 

Sektor müdiri bildirib ki, hələlik Ümumdünya Səhiyyə Təşkilatı sərhədləri bağlamayıb, bu barədə qərar yoxdur: “Hər halda Azərbaycan bütün hazırlıq işlərini görüb. Bununla bağlı şübhəli hal olarsa, müvafiq tədbirlər görüləcək”.

 

Qeyd edək ki, bu gün İstanbuldakı Atatürk Hava Limanında Nigeriya vətəndaşı olan bir turistdə “Ebola” virusu aşkar edilib.

 

Afrikanın qərbində yayılan “Ebola” virusundan ölənlərin sayı 1013 nəfərə çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.

 

Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.-//APA


Teqlər:TƏHLÜKƏLİ VİRUSA QARŞI HAZIRLIQ İŞL

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar