TÜRKİYƏDƏ MÜALİCƏ ALAN ƏSGƏRİMİZ VƏTƏNƏ DÖNDÜ (FOTO)
17.12.2014 873 0.0 0

Düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan əsgər Sərxan Tahirzadə dekabrın 17-də Vətənə qayıdıb.

Qazeta.info bildirir ki, Sərxan Tahirzadəni Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Bakı proqram əlaqələndiriciliyi ofisinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

Doğma Vətəndə olmağına çox sevindiyini bildirən S.Tahirzadə deyib: "Özümü yaxşı hiss edirəm. Mənə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova təşəkkür edirəm. Ayağa qalxmağıma kömək göstərən hər kəsə minnətdaram. Müalicəmi tam başa vurub Vətənə qayıtmağıma görə çox sevinirəm.

S.Tahirzadənin dayısı Mais Nəhmətov əsgərimizin müalicəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə ailələri adından Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

TİKA-nın Bakı proqram əlaqələndiriciliyi ofisinin rəhbəri Mustafa Haşim Polat S.Tahirzadənin müalicəsini tam başa vuraraq Vətənə qayıtmağından məmnunluq duyduqlarını diqqətə çatdırıb, əsgərimizin təbrik edib. Azərbaycan əsgərlərinə uğurlar diləyən ofis rəhbəri Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.//AzərTAc

 

http://azertag.az/xeber/819087


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar