Turistləri sevməyən məşhur şəhərlərin SİYAHISI açıqlandı
17.05.2017 858 0.0 0

Böyük Britaniyanın “The Independent” qəzeti dünyanın turistlərə qarşı xoş münasibət göstərilməyən 8 bölgəsini müəyyən edib.

Məlumata görə, ən “turist sevməz” bölgə ABŞ-da Texas ştatının Arlinqton şəhəri hesab olunub.

İlk üçlükdə İtaliyanın Çinkue Terre milli parkı və Yunanıstanın Santorini adası qərarlaşıb. Bu bölgələrdə sakinlər həddən çox turistin gəlməsindən şikayətlənir.

Bundan başqa, siyahıya Yaponiyanın isti su hövzələri bölgəsi, Amsterdam, Barselona, Butan və Tailandın Ko-Kay adası daxil edilib.

“The Independent” qəzeti reytinqin hansı meyarlar əsasında tərtib olunduğunu açıqlamayıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar