Trampın qızı və kürəkəninin olduğu vertolyotda qəza təhlükəsi baş verib
19.03.2018 818 0.0 0

ABŞ prezidenti Donald Trampın qızı və kürəkəninin olduğu vertolyot mühərriklərdən birinin işləməməsi səbəbindən təcili Vaşinqton aeroportuna qayıdıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə "CNN" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə bir neçə gün əvvəl baş versə də, indi məlum olub. Telekanalın mənbəyinin məlumatına görə, Trampın müşaviri və kürəkəni Cared Kuşner və qızı İvanka Tramp vertolyotla Vaşinqtondan Nyu-Yorka uçurmuş. Lakin uçuşdan az sonra mühərriklərdən biri işləməyib.

Pilot dərhal vertolyotu Ronald Reyqan adına hava limanına qaytarmaq qərarına gəlib. "CNN"in məlumatına görə, enmə uğurla nəticələnib və xəsarət alan olmayıb. Mühərrikin işləməməsinin səbəbləri məlum deyil.

Cütlüyün rəsmi nümayəndəsi hadisəni şərh etməyib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar