Tramp Tillersonu dövlət katibi vəzifəsindən uzaqlaşdırmasının səbəbini açıqlayıb
13.03.2018 829 0.0 0

"Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik".

 

NTV-yə istinadən verilən məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib.

 

O bu qərarı təkbaşına verdiyi bildirib: “Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar