Tramp Əsəd ordusunun aviabazasına raketlərin buraxıldığı gəminin komandirinə şəxsən təşəkkür edib
10.04.2017 1185 0.0 0

ABŞ prezidenti Donald Tramp Suriya ordusunun Şayrat aviabazasına raketlərin buraxıldığı "Porter" gəmisinin komandiri Andria Slouya şəxsən təşəkkür edib.
 
Məlumata görə, bu barədə Ağ evin mətbuat katibi Şon Spayser "Twitter" səhifəsində yazıb. O bildirib ki, prezident komandirə zəng edib, onu həm təbrik etməklə yanaşı, təşəkkürünü çatdırıb.
 
Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.
 
Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar