Tramp müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq
25.01.2017 875 0.0 0

ABŞ prezidenti Donald Trampın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir. Məlumata görə, bu barədə “Röyters”ə vəziyyətlə yaxından məlumatlı olan mənbələr bildirib.  

 

Məlumata görə, Trampın qeyd olunan fərmanları Daxili Təhlükəsizlik Nazirliyində imzalayacağı planlaşdırılır.   

 

Ekspertlərin məlumatına görə, fərmanlarda Iraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan qaçqınların və vizası olan şəxslərin ABŞ-a girişinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar