Tramp KXDR-i `Terrora dəstək verən ölkələr` siyahısına daxil etdi- Sanksiyalar elan olundu
20.11.2017 911 0.0 0

ABŞ prezidenti Şimali Koreyanı "Terrora dəstək verən ölkələr" siyahısına daxil etdiyini bəyan edib.

Qazeta.info xarici KİV-lərə istinadla xəbər verir ki, Tramp atılan bu addımı Şimali Koreyanın raket və nüvə proqramının inkişaf etdirməsinin qarşısının alınması ilə əlaqədar atıldığını qeyd edib.

ABŞ prezidenti KXDR-in "Terrora dəstək verən ölkələr" siyahısına daxil edilməsini çoxdan həyata keçirilməsinin lazım olduğunu qeyd edib.

 

Rəsmi Pxenyanın nüvə silahı ilə dünyanı hədələdiyini xatırladan Tramp , bu addımın Şimali Koreya rəhbərliyinə və rəhbərliklə münasibətlərinə sanksiyalar və cəzaların tətbiqi ilə nəticələnəcəyini açıqlayıb.

Bu addımın tez-tez haqqında eşidib, bəzəndə yazdığımız əli qanlı rejimə qarşı keçirilən ən geniş sanksiyalara dəstək olduğunu bildirənTramp. sabah Maliyyə Nazirliyinin də əlavə sanksiyalar açıqlayacağını bəyan edib.

Xatırladaq ki, ABŞ Şimali Koreyaya məxsus 70 dən çox kompaniya və şəxslərə sanksiyalar tətbiq edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar