Tramp İsraillə Fələstin arasında sülh danışıqlarının başlandığını bəyan edib
03.05.2017 629 0.0 0

ABŞ prezidenti Donald Tramp İsraillə Fələstin arasında sülh razılaşması üzrə danışıqların başlandığını bəyan edib.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ dövlət başçısı Fələstin lideri Mahmud Abbas ilə görüşündə bəyan edib.
 
“Biz baş nazir Benyamin Netanyahu başda olmaqla bir sıra nüfuzlu İsrail nümayəndələri, həmçinin Fələstin liderləri ilə danışıqlar aparmışıq. Biz sülhə gətirəcək prosesə start veririk. Ümid edirəm ki bu proses uğurla nəticələnəcək”, deyə D.Tramp bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar