Tramp: Çin ABŞ ilə ticarət sazişi üzrə razılaşmaları artıq yerinə yetirməyə başlayıb
14.10.2019 400 0.0 0

Çin ABŞ ilə ticarət sazişi üzrə razılaşmaları artıq yerinə yetirməyə başlayıb.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, razılaşmanın şərti 3-4 həftə sonra imzalancaq sazişi gözləmədən Çinin böyük miqdarda ABŞ-ın kənd təsərrüfatı məhsullarını alması olub: "Çin bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb".

ABŞ prezidenti razılaşmanın irimiqyaslı ilk fazasını başa çatdırmağı və danışıqların ikinci mərhələsinə başlamağı söz verib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar