Tramp ABŞ Senatının `erməni soyqırımı` qərarını dəstəkləməyib
18.12.2019 474 0.0 0

ABŞ prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə barəsində veto hüququndan istifadə edib.

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki,  bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib. 

Morqan Ortaqusun açıqlamasına görə, ABŞ Senatında qəbuı edilən qərar hüquqi deyil. 

O əlavə edib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəkil ilə eynidir.

Qeyd edək ki, rəsmi Ankara ABŞ Senatının qərarının hüquqazidd olduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ prezidentinin 24 aprel 2019-cu ildə 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında “erməni soyqırımı” ifadəsinə yox, “böyük fəlakət" ifadəsinə yer verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar