Tramp: `Gəlin Çin bayrağını F-22-lərə asaq və Rusiyanı bombalayaq`
07.03.2022 397 0.0 0


ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı təkliflə çıxış edib.

O, ABŞ-a Rusiyanı “Çin bayraqlı” F-22 döyüş təyyarələri ilə vuraraq “günahı Çinin üzərinə qoymağı” təklif edib.

Tramp Respublikaçı Donorların Milli Komitəsinin toplantısındakı çıxışında ABŞ prezidenti Co Baydenin Rusiya ilə savaşmayacaqlarını söyləməkdən əl çəkməli olduğunu bildirib.

NATO-nu “kağız pələng” olaraq xarakterizə edən Tramp, “Biz insanlığa qarşı cinayətin davam etməsinə icazə verə bilmərik”, - deyə bəyan edib.

 

 

 

Mənbə: oxu.aaz


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar