AZƏRBAYCANDA NEFTİN QİYMƏTİ DÜŞÜB
06.12.2014 1409 0.0 0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 69,98 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən 0,62 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 68,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,62 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 5-də 66,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,59 barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 5-də 67,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar