Tokayev terrorçulara qarşı xəbərdarlıq etmədən atəş açmaq əmri verib
07.01.2022 259 0.0 0

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hüquq-mühafizə orqanlarına və orduya terrorçulara qarşı xəbərdarlıq etmədən birbaşa atəş açmaq əmri verib.

Məlumata görə, bu barədə prezident bu gün xalqa müraciətində deyib.
Bundan başqa, o bildirib ki, Qazaxıstan rəhbərliyi terrorçularla danışıqlar aparmaq niyyətində deyil:

"Xaricdən tərəflərə problemlərin dinc yolla həlli üçün danışıqlara başlamaq çağırışları səslənir. Terrorçularla, qatillərlə hansı danışıqlar ola bilər? Biz silahlanmış və hazırlıqlı quldurlarla üz-üzəyik", - deyə K.Tokayev bildirib.

Qeyd edək ki, Qazaxıstan prezidenti antiterror əməliyyatının terrorçuların məhv olunmasınadək davam edəcəyini bildirmşdi./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar