Tillerson: ABŞ-ın müttəfiqləri Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xahiş edir
14.06.2017 440 0.0 0

ABŞ-ın Avropa, Asiya və Yaxın şərqdəki müttəfiq və tərəfdaşları Vaşinqtondan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xahiş edirlər. Məlumata görə, bu barədə dövlət katibi Reks Tillerson Senatda dinləmələr zamanı deyib.   

 

“Onlar deyir: Xahiş edirik, Rusiya ilə münasibətlərlə məşğul olun, onlar yaxşılaşmalıdır.  Onlar əmindirlər ki, münasibətlərin daha da pisləşməsi onların da vəziyyətini yan keçməyəcək”, - deyə Tilerson qeyd edib.

 

Onun sözlərinə görə, bu Amerikanın yanaşmasıdır.

 

Bundan əvvəl Tillerson ABŞ-Rusiya münasibətlərinin ən aşağı həddə çatdığını bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar