Tarif Şurası cərimə meydançalarında saxlanılan maşınlarla görə ödənişlərə dəyişiklik edib
05.04.2016 487 0.0 0

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.
 
Məlumata görə, bu barədə Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
 
Qeyd edək ki, bundan öncə vahid tarif mövcud olub - 1 gün üçün gün 0,30 manat.
 
Yeni tariflər 2016-cı il 6 aprel tarixindən qüvvəyə minəcək.
 
Qərar Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölmələrində yerləşdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar