Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
17.01.2022 277 0.0 0

 Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Qazeta.info Baş Prokurorluğun məlumatına əsasən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
 Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci   (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 
 Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar