Tanınmış meyxanaçı Bayram Kürdəxanılı avtomobil vurması nəticəsində ölüb- FOTO, VİDEO
23.08.2017 1217 5.0 0

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.  

 

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb. 

 

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar