«Təyyarə böhranı»ndan sonra TÜRKİYƏ İLƏ RUSİYA ARASINDA İLK ANLAŞMA
13.04.2016 567 0.0 0


Türkiyənin ötən il Rusiya təyyarəsini vurduqdan sonra iki ölkə arasında ilk anlaşma əldə olunub.
 
APA TV-nin RİA Novosti-yə istinadən xəbərinə görə, "Qazprom" şirkəti ilə Türkiyənin təbii qaz şirkətləri Rusiya təbii qazının qiyməti ilə bağlı problemləri həll edib. Yaxın vaxtlarda anlaşma haqqında məlumat veriləcəyi qeyd olunur.
 
Xatırladaq ki, "Qazprom" BOTAŞ-dan başqa Türkiyənin demək olar bütün təbii qaz satışı ilə məşğul olan şirkətləri ilə əməkdaşlıq edir. Ötən ilin aprel ayında "Qazprom"la satışda 10,25 endirim edilməsi məsələsində anlaşılıb. Amma bu ilin mart ayında "Enerco Enerji" Rusiya şirkətinin Türkiyənin özəl şirkətlərindən təbii qazın alış qiymətlərinin artırılmasını tələb etdiyini açıqlamışdı. Eyni zamanda "Qazprom"un ixracı azaltdığı bildirilmişdi.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar