TƏXRİBAT-TÜRKİYƏDƏ NAZİRLİYİN HAZIRLADIĞI TƏQVİMƏ ÇANAKKALA YERİNƏ ERMƏNİ ABİDƏSİ YERLƏŞDİRİLİB
31.01.2015 691 0.0 0
Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə Xarici İşlər Nazirliyi tərəfindən buraxılan təqvimdə Çanaqqala yerinə İrəvandakı “erməni soyqırımı” abidəsinin fotosu qoyulub.

 

Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, faktla bağlı Türkiyə Xarici İşlər Nazirliyi təhqiqata başlayıb və təqvimin paylanması dayandırılıb.

 

Qeyd edək ki, ermənilər Çanaqqala zəfərinin 100-cü ildönümünün qeyd ediləcəyi 24 aprel tarixində qondarma “soyqırım”ın 100-cü ildönümünü anmağa hazırlaşırlar.

 

Təqvimdə Çanaqqala zəfəri və keçirilən tədbirlərlə bağlı fotolar yer alıb. Aprel ayı bölümündə yerləşdirilən abidənin fotosu illər əvvəl İrəvanda “soyqırım”ın ildönümü zamanı çəkilib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar