Tərkibində civənin miqdarı yüksək olan balıqların yeyilməsi üçün — Yaş senzi artıb
08.11.2019 97 0.0 0

İspaniya Qida Məhsulları və Qida Təhlükəsizliyi Agentliyi (AESAN) tərkibində civənın miqdarı yüksək olan balıqların, o cümlədən qılınc balığın, köpək balığının, mavi ton balığının və durnabalığının istifadəsi üzrə tövsiyələrini sərtləşdirib və bu balıq növlərinin yeyilməsi üçün yaş senzini 3 yaşdan 10 yaşadək artırıb. AESAN mütəxəssisləri 10 yaşından 14 yaşınadək uşaqlara isə həmin balıqların istifadəsini ayda 120 qramadək məhdudlaşdırmağı tövsiyə edirlər.

Qazeta.info "Ölkə.Az" -a istinadla bildirir ki, yeni elmi məlumatlara əsaslanan AESAN mütəxəssislərinin fikrincə, tədqiqatların nəticələri digər Avropa ölkələri ilə müqayisədə İspaniya əhalisində civənin konsentrasiyasının yüksək olduğunu göstərib. Agentlik rasiona dəyişiklik etməyi, daha çox tərkibində civənin miqdarı az olan dəniz məhsullarını - mintay, ançous, kalmar, krevet, səkkizayaqlı ilbiz, qızılbalıq və alabalıq yeməyi məsləhət görürlər.


Digər xəbərlər:
Şərhlər
avatar