Təqsirləndirilən şəxs nazirin sabiq müşavirinin ona 30-40 milyon avro verdiyini deyib
01.12.2016 820 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hakim qeyd edib ki, Salyan rayonunda Rövşən Əhmədovun adına Stomatoloji Klinika var.

 

Vəkil Adəm Məmmədov bu klininkanın Çingiz Baxşıyev tərəfindən R. Əhmədovun adına keçirildiyi deyib.

 

Ç. Baxşıyev isə deyilənləri təkzib edib və ona qızıl-zinət əşyalarından başqa heç nəyi etibar etmədiyini deyib.

 

Təqsirləndirilən R. Əhmədov isə deyilənlərlə razılaşmayıb: "Bəs, mənim evimə 30-40 milyon avronu kim qoymuşdu? Bu pulu mənə kim etibar etmişdi? Sən deyildin?"

 

R. Əhmədov ifadəsində bildirib ki, Ç. Baxşıyev ona nəinki qızılları, bütün pulunu və mülkünü etibar edib: "Mənə iki qab qızıl vermişdi. Birdən məni çağırdı ki, qızılları gətir. Mən də apardım. Çingiz dedi ki, 3-cü qab hardadı? Mən də iki qab olduğunu dedim, sonradan 3-cü qabın öz evlərində olduğu bilindi. And olsun Allaha ki, iki bankada olan qızılı mən gələnə kimi Çingiz özü açmışdı. Məni şərləyirlər. Çingiz Baxşıyev mənə dedi ki, qızılları qızımın evinə apar".

 

Onun sözlərinə görə, qızılları Ç. Baxşıyevin oğlu Nəriman Baxşıyev oğurlayıb, çünki borcu olub.

 

 

Proses dekabrın 13-də davam etdiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar