SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ- BAKINİN BÖYÜK PROSPEKTLƏRİNDƏN BİRİ BAĞLANIR
07.02.2015 769 0.0 0

Paytaxtda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, hazırda Tbilisi prospektinin (20 Yanvar dairəsi, şəhər istiqaməti) asfalt örtüyü yenilənir.

Təmir işləri ilə əlaqədar olaraq prospektin 20 Yanvar dairəsindən Nəqliyyat Nazirliyinin yanınadək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.

Paytaxt yollarında müntəzəm olaraq təmir, cizgilənmə işləri aparılır. Son olaraq isə bir necə gün öncə Moskva prospekti kənar yol 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti .//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar