Suriya ordusu Palmira şəhərini ikinci dəfə azad edib - VİDEO
03.03.2017 848 0.0 0

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məlumat verib ki, Suriya ordusu Rusiya Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə qədim Palmira şəhərinin İŞİD terrorçularından azad edilməsi üzrə əməliyyatı başa çatdırıb.

Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

İŞİD terrorçuları şəhəri 2015-ci ilin mayında işğal ediblər. 2016-cı ilin martında yaraqlılar oradan çıxarılıb, lakin dekabr ayında İŞİD şəhər üzərində nəzarəti yenidən ələ keçirib./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar