Süni qiymət atrımı edən şirkət cinayət məsuliyyətinə cəlb olundu
26.02.2015 598 0.0 0

Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Qazetaşinfo bildirir ki, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlar zamanı istehlak bazarında "Westgold", "French Cow" kərə yağlarının və "Oldenburger" pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilmişdir.
Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan "Vest Produkt Marketinq" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar