Stoltenberq: «NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır»
26.10.2016 368 0.0 0

 NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
 
“Bu gün Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ Qara dənizdə NATO-nun iştirakını möhkəmləndirmək üçün Rumıniyaya  özlərinin quru, dəniz və hava qüvvələrini göndərməyə hazır olduqlarını bildiriblər”, deyə Y.Stoltenberq bildirib.
 
Baş katib həmçinin deyib ki, Alyansın 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq: “Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada   Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya  kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq”.
 
Qeyd edək ki, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti keçirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar