Stoltenberg İŞİD rəhbərinin ləğvini terrorizmlə mübarizədə vacib addım adlandırdı
28.10.2019 526 0.0 0

NATO-nun baş katibi Yens Stoltenberg, Əbu Bəkr Əl-Bağdadiyə qarşı əməliyyatın terrorla mübarizədə vacib bir addım olduğunu, NATO-nun İŞİD ilə mübarizəni davam etdirəcəyini söyləyib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, Yens Stoltenberg öz Twitter səhifəsində bunları paylaşıb: "ABŞ-ın Əbu Bəkr Əl-Bağdadiyə qarşı həyata keçirdiyi əməliyyata dair hesabatı beynəlxalq terrorizmə qarşı mübarizəmizdə vacib bir addımdır. NATO ümumi düşmənimiz olan İŞİD-ə qarşı mübarizədə sadiq qalır" deyə Stoltenberg bildirib.

Qeyd edək ki, bundan əvvəl İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat zamanı öldürülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar