BU GÜN XOŞQƏDƏMLƏ DOĞUŞUN TOYUDUR
25.12.2014 1089 0.0 0
Məlumata görə , bu gün dekabrın 25-də Xoşqədəm Hidayətqızının Döğuşla toy mərasimi keçirilir.
 
Xatırladaq ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu ilin oktyabr ayında türkiyəli müğənni Doğuşla İstanbulda nikaha daxil olub. Bu xəbərlə medianın gündəminə gələn cütlüyün toy mərasimi Bakıda Kempinski oteldə keçiriləcək.
 
Xoşqədəm xanım Doğuşla toyuna respublikanın sayılıb-seçilən ziyalılarını, jurnalistləri və tanınmış adamları dəvət edib.
 
Yayılan məlumatlara görə, toyda Xoşqədəm xanımın 20 yaşlı oğlu Zaur iştirak etməyəcək. Səbəb onun bu evliliyin əleyhinə olmasıdır.//AZXEBER.COM 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar