STABİL DÜNYA ÖLKƏLƏRİNİN REYTİNQ CƏDVƏLİNDƏ AZƏRBAYCAN TƏHLÜKƏLİ HESAB OLUNDU
28.12.2014 719 0.0 0

 

Ən qarışıq dövlət Cənubi Sudan seçilib.

Finlandiya Amerikanın Fund for Peace fondunun versiyasına görə dünyanın ən stabil ölkəsidir. Fond hər il dövlətin dağılması təhlükəsi indeksi (Fragile States Index) üzrə ölkələrin reytinqini hazırlayır 

Ekspertlər əsasən insan haqları ilə bağlı vəziyyəti, ictimai xidmətlərin keyfiyyətini, var-dövlətin bölüşdürülməsi və qaçqınların sayını müqayisə edirlər, Rosbalt-a istinadən xəbər verilir.  

Finlandiya bu il artıq dördüncü dəf dünyanın ən stabil ölkəsi seçilib və “çox dayanıqlı ölkə” - ən yüksək qiyməti alaraq, dövlətin mümkün parçalanması reytinqində (FSİ) 178-ci yeri tutub. Sonrakı mövqelərdə İsveç başda olmaqla, digər Şimali Avropa ölkələri qərarlaşıblar.

Azərbaycan reytinqdə 76-cı yeri tutub (təhlükəli ölkə), qonşu Gürcüstan - 63 (təhlükəli ölkə), Ermənistan isə - 104-cü (çox təhlükəli ölkə). 

Azərbaycan və Gürcüstanın reytinqdəki yeri iki Cənubi Qafqaz ölkəsinin ərazilərində münaqişə ocaqlarının olması ilə əlaqələndirilir.

Rusiya “çox təhlükəli” kimi qiymətləndirilərək, 85-ci yeri tutub. 

Dünyada ən qarışıq dövlət kimi Cənubi Sudan seçilib. Əvvəllər altı il idi ki, bu mövqedə Somali qərarlaşmışdı.

Fund for Peace 178 ölkədən ibarət reytinqi onuncu dəfədir ki, dərc edib.//Oxu.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar