Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı. RESEPT
27.01.2016 729 0.0 0

Bu çay güclü iltihab və mikrobəleyhinə təsirə malikdir, immuniteti möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Soyuq qış günlərində Masala çayı soyuqdəymə xəstəliklərinin ən yaxşı profilaktikasıdır.

İnqrediyentlər:

- 200 qr süd

- 200 qr su

- 3 xörək qaşığı şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)

- 3 çay qaşığı yaxşı qara çay

- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil

- 1/3 çay qaşığı üyüdülmüş darçın

- 2 dənə mixək

- 2 dənə hil

Hazırlanması:

1. Su və süd qazana tökülür, ədviyyatlar əlavə olunur. Vam odda 2-3 dəqiqə ərzində qaynadılır.

2. Şəkər tozu və çay əlavə olunur. Yenə də 2-3 dəqiqə ərzində vam odda qaynadılır.

3. Fincanlara (100 ml) süzgəcdən süzülür və isti halda içilir./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar