Şou-biznes nümayəndələri və daha kimlər sadələşdirilmiş vergi ödəyicisi olacaq? (SİYAHI)
14.12.2016 838 0.0 0

Toylarda və digər mərasimlərə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.

Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub.

Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcəklər:

Yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:

- Bakı (kənd və qəsəbələr daxil olmaqla) - 2
- Gəncə, Sumqayıt, Xirdalan - 1,5
- Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan - 1
- Digər şəhər və rayonlar - 0,5


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar